BİZƏ QOŞULUN 29.02.2020 - 01.03.2020 BAKI

IBA Regional
Hackathon  

Hörmətli namizəd!

Təəssüf ki, 1ci IBA Regional Hakatonuna qeydiyyat bitdi.

Sizi yeni layihələrimizdə gözləyirik!

Müraciətiniz qeydə alındı. Tezliklə geri dönəcəyik.

Müxtəliflik

Fərqli təcrübələrə malik insanlarla birgə komanda işindən öyrənmək imkanı

İnteraktivlik

Rəqəmsal texnologiyalara dair bilik və təcrübə mübadiləsini stimullaşdıran tədbir

İnnovasiya

Kodlaşdırma bilikləri ilə maliyyə
innovasiyaları üçün texniki
bacarıqları bir araya gətirən tapşırıqlar

Təşkilatçı

Azərbaycan Beynəlxalq Bankı (ABB)

Azərbaycan Beynəlxalq Bankı regionun sistem əhəmiyyətli universal bankıdır. Geniş çeşidli məhsul və xidmətlər təqdim edən bank müştəri məmnuniyyətinin əldə olunması üçün daim yenilənən innovativ həllər, müasir bankçılıq texnologiyaları tətbiq edir.

Azərbaycan Beynəlxalq Bankı ölkədə IT ekosisteminin inkişafına da ardıcıl dəstək verir. Bankın 2019-cu ildə yaratdığı IBA Tech Akademiyası qısa zamanda gənc proqramçılar üçün mükəmməl inkişaf platformasına çevrilib.

IBA Regional Hackathonunun keçirilməsində Azərbaycan Beynəlxalq Bankına IBA Tech Akademiyası da təşkilati kömək göstərir.

Hakatondan nə gözləyirsən?

Hər bir hakaton özünəməxsus ideya marafonudur. Burada komandalar tapşırıqlar irəli sürür, həllər tapır.

29 fevral və 1 mart FinTech sahəsində ideyaların həyata keçirilməsi üçün əsl mübarizə günləri oldu.

IBA Regional Hakatonunda
40 komanda iştirak etdi.

Qaliblərə 1800 USD, 3000 USD
və 6000 USD dəyərində 3 çek verildi!

Dünyanın 11 ölkəsindən
iştirakçılar gəldi.

3-cü yer:

Delta Squad komandası

Layihə: Nickname və ya telefon nömrəsini göstərərək pul köçürməsinin mümkünlüyü.

3-cü yer:

Delta Squad komandası

Layihə: Nickname və ya telefon nömrəsini göstərərək pul köçürməsinin mümkünlüyü.

2-ci yer:

AppArtisans komandası

Layihə: Mobil telefonları POS terminala çevirmək imkanı yaradan tətbiq

2-ci yer:

AppArtisans komandası

Layihə: Mobil telefonları POS terminala çevirmək imkanı yaradan tətbiq

1-ci yer:

YarimADA komandası

Layihə: Satış üçün bulud platforması (KOS istiqaməti)

1-ci yer:

YarimADA komandası

Layihə: Satış üçün bulud platforması (KOS istiqaməti)

Mentorlar

Hakaton zamanı iştirakçılarla iyirmi beş peşəkar mentor çalışacaq.

Andrian Budantsov

130 milyon dəfədən çox yüklənmiş Readdle mobil tətbiq şirkətinin təsisçisi və texniki direktorudur. Müxtəlif növ tətbiqlərin hazırlanması sahəsində 16 ildən çox təcrübəyə malikdir. O indi də kod yazmaqla bu təcrübəni davam etdirir. Peşəkar maraqlarına bulud texnologiyası, machine-learning, kriptoqrafiya, şəbəkə və istifadəçi interfeysi daxildir.

Max Gurvits

Sahibkar və investordur. 2008-ci ildə Amsterdamda onlayn hüquq xidmətləri şirkətini təsis edib. 2011-ci ildə Bolqarıstanın ən böyük regional texnoloji sürətləndirmə proqramlarından və fondlarından birində İdarə Heyətinin üzvü olub. Sonralar Avropa və Orta Şərqdə startap məsləhətçisi və investoru kimi fəaliyyət göstərən Maks, təsisçiləri bacarıq və kapitala bağlayan TRACTION Camp və Startup AddVenture seriyalarını təşkil edib. 2016-cı ildə 70-dən çox investisiya firması ilə CEE və MENA-nın direktoru olaraq Cross Border Angels-ə qoşulub. 2017-ci ildə Londondan kənarda formalaşdırılmış qurucu komandada fəaliyyətini davam etdirib. O, bir sıra ekosistem və şəbəkə təşəbbüslərini həyata keçirir. 2020-ci ildə Maks CEE üçün Bolqarıstanın Sofiya şəhərində yerləşən 20 milyon avroluq Vitosha Venture Partners-i yaradıb.

Oleksandr Yatsenko

Skaut və layihələrin inkişafı üzrə ixtisaslaşmış özəl investisiya şirkəti olan BRISE Capital-da idarəetmə tərəfdaşıdır. Ukrayna İnternet Assosiasiyasının İnternet Reklam Komitəsinin rəhbəri və Ukraynanın Startup Fondunun ekspertidir.

Olha Uzhykova

Netrix-in dizayn direktoru və həmtəsisçisi, ITG.digital-ın baş direktoru və həmtəsisçisidir. ABŞ və Avropada keçirilən peşəkar veb-dizayn və inkişaf müsabiqəsi - Awwwards müsabiqəsinin əvvəl qalibi, sonrakı dövrlərdə isə münsifi olub. Mobile Design Pro və Main Winner Award kategoriyaları üzrə DEV Challenge-nin qalibidir. O mobil tətbiq dizaynının inkişafına görə «Ukrainian design the very best of»un «The very best of» və «The best of» mükafatlarının sahibidir. İştirakçılar ondan UI / UX dizaynı biliklərini öyrənə bilərlər.

Iana Mykhailenko

“Leave The Meeting” şirkətinin baş direktorudur. Ukraynadan olan texniki komandası ilə AI startapının əsasını qoyub. Elektron ticarətdə danışıqlar sahəsinə aid olan şirkətin baş ofisi ABŞ-dadır. 10 illik proqramçılıq təcrübəsi ilə o, proqramçılıqdan texniki direktorluğa keçib. EuroAsian Startup Awards-ın, Fullstack təhsil mükafatının qalibidir. Onun iştirakçılara verə biləcəyi əsas biliklər Backend, RDBMS və NoSQL, Arxitektura dizaynı, Microservices, Serverless, Performans monitorinqi, AOP, AWS, Google Cloud və ya digər buludlar, DevOps, konteynerlər, machine-learning / təbii dil işlənməsi, təbii dil anlayışı, axtarış və s. məsələlərdir. İştirakçılar İana Mixaylenkodan startap, məhsul, müştəri görüşləri, müştəri gəzintisi, MVP, Prototip, erkən mərhələ startapları üçün KPI / OKR, fandreyzinq (sərmayəçilərlə əlaqə, maliyyələşdirmə mənbələri), hüquqi şəxs korporasiyası, texniki təcrübə və s. sahələr üzrə də biliklər əldə edə bilərlər.

Kyrylo Kukhelnyi

Mühəndislik sahəsində magistr dərəcəsi var. Yüksək yüklü arxitekturanın inkişafına yönəlmiş geniş portfelə malik Back-End proqramçısı kimi tanınıb. Mikroservislərin yaradılması və fərdi məlumatların emalı sahəsində peşəkar imkanlara malikdir. Avropada keçirilən 10-dan çox hakatonda iştirak edib. 48 saatlıq fasiləsiz iş yükləri ilə birbaşa təcrübə sahibidir. İştirakçılar PostgreSQL, MySQL (MariaDB), ElasticSearch, Redis, ClickHouse, Python, JS-lə bağlı bir çox suallarını ona ünvanlaya bilərlər.

Igor Bespalov

Avropada ən böyük developer çempionatı sayılan Dev Challenge-nin təşkilatçısıdır. Korporativ sürətləndiricilərin təşkili və həyata keçirilməsinə yönələn We Challenge şirkətinin, eləcə də marketinq sferasında bir neçə müəssisənin sahibidir. Biznesin inkişafı, təşkilati inkişaf, marketinq strategiyası, biznes modelləşdirmə və s. onun təşkilatçılara verə biləcəyi biliklər sırasındadır.

Andrii Chyzh

İnternet layihələrinin yaradılması və inkişafı üzrə beynəlxalq bulud platforması Wix.com-un qrup rəhbəridir. Bu, HTML5-də veb saytları drag&drop vasitələrindən istifadə etməklə dizaynlaşdırmağa imkan verir. Xidmət 11 dildə mövcuddur. Bu gün dünyanın 190 ölkəsində 150 milyon istifadəçi bu xidmətdən istifadə edir. İstifadə etdiyi əsas dillər JavaScript (Node.js), Python-dur. 10 ildən çox proqramlaşdırma təcrübəsi var. İştirakçılara verə biləcəyi əsas biliklər Backend-ə aiddir.

Anastasiia Sylenok

Creative Quarter-in baş icma və xidmət direktoru. Texniki tədbirlər üzrə startup mentoru və spiker. 2015-ci ildən IT sahəsində fəaliyyət göstərir. O vaxtdan etibarən, qapalı icma görüşlərindən tutmuş beynəlxalq startap problemlərinə, hakatonlara və konfranslara qədər 300-ə qədər texnoloji və biznes yönümlü tədbirlər təşkil edib. Eurasia Mobile Challenge keçirib. Bazilik School of Communications-da müəllim olub. Mərkəzi və Şərqi Avropa bölgəsində vətəndaş texniki startapları üçün ilk icma məkanı olan 1991 Civic Tech Center-in icraçı direktoru vəzifəsində çalışıb. İştirakçılar ondan biznes modelləşdirmə, hədəfləmə, biznes proseslərinin qurulması biliklərini əldə edə bilərlər.

Hakaton mövzuları

Sahibkarlığın inkişafı
  • Hesablaşma
  • Kredit xidmətləri
  • İnteqrasiya olunmuş həllər
  • Ödənişlər
  • Data analitika
  • Ticarətin maliyyələşdirilməsi
Müştəri xidmətləri
  • Ödənişlər
  • Müştəri müraciətlərinin inkişafı
  • Data analitika
  • Loyallıq proqramları
  • Müştərini tanıma və eyniləşdirmə
  • Fərdi maliyyə menecmenti
Başqa ideyalar
  • Bank innovasiyalarına uyğun
    gələn digər ideyalar irəli
    sürməkdə sərbəstsiniz

Münsiflər

Taleh Tahirli

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı.
«Biz indi çox kəskin şəkildə dəyişən dünyada yaşayırıq. Yaşamaq və inkişaf etmək üçün inqilabi həllər tapmalıyıq. Biz inanırıq ki, hakaton iştirakçıları yetərincə maraq və cəsarətə sahibdirlər. Biz də onları buna həvəsləndiririk»

Nihat Senyuva

Azərbaycan Beynəlxalq Bankının Baş informasiya inzibatçısı
«Hakaton adi məsələlərə müxtəlif prizmalardan baxa bilmək üçün mükəmməl imkandır. Bu bir ilham mənbəyi, yaradıcılıq məkanı, bir yerə toplaşan insanların həmfikirlik mühitidir. Bu fürsətdən faydalanmağa çalışın».

Mustafa Baltacı 

KOOPHub-in həmtəsisçisi, 
O, FintechParkın sədri, Borsa İstanbulda sədr müavini və icraçı direktorun müavini, Avro Asiya Birjaları Federasiyasının baş katibidir. Mustafa Baltacı müxtəlif ölkələrdə birja menecmenti, maliyyə qurumlarına məsləhət xidmətləri sahəsində geniş təcrübəyə malikdir. 2005-2006-cı illərdə o, Dünya Bankında çalışıb. 
«IBA Regional Hakatonu sahibkarlar, developerlər, həvəskarlar üçün bank innovasiyaları ilə bağlı ideyalarını təqdim etməkdən ötrü möhtəşəm imkandır. Bölgənin inkişaf mərkəzi olan Bakı bu cür təşəbbüslərlə maliyyə innovasiyaları dünyasına qədəm qoyur».

Dr. Abzetdin Adamov

ADA Universitetinin Data Analitika Araşdırmaları Mərkəzinin direktoru, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi
«Komfort zonasından kənarlaşmaqdan qorxmaq lazım deyil. Təsəvvür et və yarat. Bütün innovasiyalar bircə ideyadan yaranıb».

Tağı Tağızadə

"İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru
«IBA Regional Hackathon’u startapların təşviqi, yeni ideyaların yaranması, mövcud ideyaların dəstəklənməsi həmçinin bu istiqamətdə geniş məlumatlandırılmanın həyata keçirilməsi baxımından önəmli addımdır».

Məkan

Bakı Expo Mərkəzi

Bakı Expo Mərkəzi çoxməqsədli tədbirlər üçün ən yüksək beynəlxalq standartlara uyğun dizayn edilərək tikilmiş mərkəzdir. Mərkəz hava limanı yaxınlığında, paytaxtın mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşir.

Bakı Expo Mərkəzinin ünvanı: 515 1050,Bakı, Heydər Əliyev prospekti.
Hakaton iştirakçılarının rahat gediş-gəlişini təmin etmək üçün avtobuslar ayrılıb.

Hərəkət qrafiki:

29 fevral

Saat 08.00-dan 08.30-a kimi

“Koroğlu” metrostansiyasının qarşısından Bakı Ekspo Mərkəzinə

1 mart

Saat 20.00-dan 20.30-a kimi

Bakı Ekspo Mərkəzindən Koroğlu metrostansiyasının qarşısına

Proqram

Tez-tez verilən suallar

Hakaton nədir ?
Hakaton müxtəlif səpkili problemlərin qeyri-adi həlli yollarının tapılmasına kömək edən ideya marafonudur. Burada müvafiq bacarıqlara malik proqramçılar müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.
Mən nə yaratmalıyam ?
İştirakçılar, elan edilmiş sahələrə uyğun layihə prototipi qurmalıdırlar. Burada müəyyən bir ideya təqdim edilməli, bu ideyanın necə yerinə yetiriləcəyi göstərilməlidir. Həll yolları müxtəlif ola bilər: web səhifələr, mobil tətbiqlər, çatbotlar – format özünüzdən asılıdır. Layihənin inkişafından ötrü Sizin 36 saat vaxtınız var. Yoxlama sessiyasında layihələr münsiflərə təqdim olunacaq.
Hakatonda iştirak haqqı nə qədərdir ?
Hakatonda iştirak üçün heç bir ödəniş tələb olunmur. Çünki Azərbaycan Beynəlxalq Bankının bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və IT ekosistemini inkişaf etdirməkdən ibarətdir.
İştirak üçün mütləq komandam olmalıdır ?
Bu, mütləq deyil. Siz komanda halında və ya fərdi qaydada qeydiyyatdan keçə bilərsiniz. Sizə hər hansı komandada yerləşməyə biz dəstək verəcəyik. Yaxud ideyalarınızla işinə kömək göstərmək istədiyiniz hər hansı komandaya Siz özünüz qoşula bilərsiniz.Komandada yerləşmə hakatondan əvvəl, yaxud elə hakaton zamanı ola bilər. Bunun üçün agendada vaxt göstərilib.
Komandanın hər bir üzvü ayrılıqda qeydiyyatdan keçməlidir ?
Bəli. Hər bir komanda üzvü qeydiyyatdan keçməlidir. Qeydiyyat formasında aid olduğu komandanın adı da göstərilməlidir. Bir komandaya 2-dən 5 nəfərə qədər üzv daxil ola bilər.
Hakatonda hansı dildən istifadə ediləcək ?
Siz burada əvvəllər istifadə etdiyiniz hər hansı dildən faydalana bilərsiniz: Məsələn, Python, Java, PHP…:) İndi isə yumoru kənara qoyub bu hakatonun beynəlxalq tədbir olmasını nəzərə alaq. Biz başqa ölkələrdən də iştirakçılar dəvət etmişik. Eyni zamanda xarici mentorlarımız olacaq. Ona görə də hakatonun əsas dili ingilis dilidir. Amma iş zamanı komandalar öz aralarında onlar üçün rahat olan istənilən dildə ünsiyyət qura bilərlər.
Texniki bacarıqları olmayanlar da qoşula bilərmi ?
IBA hakatonunun əsas hədəf kütləsi web proqramçılar, data analitiklər, dizaynerlər, kommunikasiya ekspertləri, sahibkarlar və menecerlərdir. İştirak etmək üçün proqramçı olmağınız şərt deyil. Amma komandanızda mütləq IT bilik və bacarıqlarına malik şəxslər olmalıdır.
Hakatonda inkişaf etdirilən layihələr üzrə müəlliflik hüquqları kimlərə aiddir ?
“Hackathon” dövründə hazırlanmış prototiplərə istifadə və mülkiyyət hüquqları İştirakçılara və ABB-yə məxsusdur. ABB “Hackathon” dövründə yaradılan, təklif olunan, inkişaf etdirilən ideya, layihə və ya prototipləri istifadə etmək, inkişaf etdirmək, yenidən işləmək, düzəliş etmək, dövriyyəyə buraxmaq, tam və ya qismən satmaq hüququna malikdir. Buna görə ABB, İştirakçılar və ya həmin ideyaya, layihəyə və ya prototipə mülkiyyət hüququnun məxsus olması tələbi ilə çıxış edən digər şəxslər tərəfindən məsuliyyətə cəlb edilə və ya buna görə müvafiq ödənişin edilməsini ABB-dən tələb edə bilməz.
Necə iştirak edə bilərəm ?
Lütfən səhifəmizdə qeydiyyatdan keçin. Qeydiyyatdan sonra Sizin emailinizə qeydiyyat forması göndəriləcək. Həmin formanı doldurub bizə göndərmək lazımdır. Ərizəniz nəzərdən keçirildikdən sonra təşkilat komitəsindən sizinlə əlaqə saxlanılacaq və iştirakınızın təsdiqlənməsi barədə məlumat veriləcək.
Hansı data və alətlərdən istifadə edə bilərəm ?
Müsabiqə zamanı Sizin layihənizi inkişaf etdirməkdən ötrü Bankın təqdim etdiyi məlumatlara çıxış imkanınız olacaq. Məlumatlardan qeydiyyatınız təsdiqləndikdən sonra faydalana biləcəksiniz. Siz müvafiq alətlərdən, inteqrasiya olunmuş inkişaf ortamından (IDEs) , yaxud üstün tutduğunuz digər vasitələrdən istifadə etməkdə sərbəstsiniz. Əgər proqram və texniki vasitələrlə bağlı hər hansı xüsusi tələbləriniz olsa, lütfən bizimlə əlaqə saxlayın.
İştirak zamanı hansı imkanlarım olacaq ?
Əlverişli iş şəraiti, qida və içkilər, internetə çıxış, 36 saat ərzində rahat yerləşmə;
Kömək / məsləhət / inkişaf etdirilən layihə, yaxud hər hansı texniki məsələ ilə bağlı mentorlardan cavab;
Hakatonun bağlanış mərasimində başqa iştirakçılarla məmnunedici ünsiyyət mühiti;
Qalib komandalar üçün hakaton təşkilatçılarından qiymətli hədiyyələr.
Hakatonda əvvəldən sona qədər iştirak etməliyəm ?
Agenda elə tərtib olunub ki, burada hakatonda tam iştirak nəzərdə tutulur. Bəzi hissələri ötürmək sizin öz qərarınızdan asılı olsa da, nəzərə alın ki, bu, layihənizə və komandanızın işinə təsir göstərə bilər. Məkan isə sizin 36 saat rahat işiniz üçün açıqdır.Kömək / məsləhət / inkişaf etdirilən layihə, yaxud hər hansı texniki məsələ ilə bağlı mentorlardan cavab;
Hakatonun bağlanış mərasimində başqa iştirakçılarla məmnunedici ünsiyyət mühiti;
Qalib komandalar üçün hakaton təşkilatçılarından qiymətli hədiyyələr.
Hakatonda fiziki baxımdan iştirak mütləqdir ?
Bəli. Hər bir iştirakçı bütün hakaton müddətində fiziki baxımdan iştirak etməlidir.
Hakatonun bağlanış mərasimində başqa iştirakçılarla məmnunedici ünsiyyət mühiti;
Qalib komandalar üçün hakaton təşkilatçılarından qiymətli hədiyyələr.
İştirakçılar hakatondan sonra öz ideyalarını üçüncü tərəfə təqdim edə bilərlərmi? 
İştirakçılar IBA Regional Hackathonundan sonrakı iki il ərzində öz layihələrini Azərbaycan Beynəlxalq Bankından başqa digər bir tərəfə təqdim etdikdə, üçüncü tərəflə onun icrasına başlamazdan əvvəl buna Bankın rəsmi razılığı alınmalıdır.
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları hakatonda iştirak edə bilərmi?
Xeyr. Tam obyektivlik prinsiplərinin qorunması üçün Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzi əməkdaşlarının hakatonda iştirakı nəzərdə tutulmur.
Başqa bankların əməkdaşlarının hakatonda iştirakına imkan verilirmi?
Bəli. Başqa banklarda çalışan əməkdaşlar da tədbirin müvafiq qayda və şərtləri çərçivəsində IBA Regional Hackathonuna qatıla bilərlər.
Xarici ölkələrdən hakatona qatılanların gediş-gəliş xərcləri qarşılanacaqmı?
IBA Regional Hackathonunun Təşkilat Komitəsi xarici ölkələrdən qatılmış və xarici ölkə vətəndaşı olan 10 iştirakçının səfər və qalma xərclərini, hər bir iştirakçı üzrə məbləğ 1000 manatı keçməmək şərtilə qarşılayacaq. Bu iştirakçıların seçimi zamanı Təşkilat Komitəsi müxtəliflik, regional fərqlər kimi amilləri, eləcə də iştirakçıların bu barədə əlavə müraciətlərini nəzərə alacaq. Gediş-gəliş xərclərinin qarşılanmasını istəyən xarici iştirakçılar “Səyahət dəstəyi tələbi” qeydi ilə 20 fevral 2020-ci il, Bakı vaxtı ilə saat 24.00-a qədər [email protected] elektron poçtuna müraciət göndərməlidirlər.  Elektron məktubda iştirakçının tam adı göstərilməlidir. Qeyd edilən tarixdən gec göndərilmiş bu cür müraciətlərə baxılmayacaq.
YENİLİKLƏRİMİZDƏN XƏBƏR TUTMAQ İSTƏYİRSİNİZ?
Məlumatlarımıza abunə olun, IBA hakatonu haqqında yeniliklərimizdən anında xəbər tutun
Təşəkkür edirik! Tezliklə geri dönəcəyik.
Hər hansı sualınız qaldısa: +994 (12) 937