Bu sənəd (bundan sonra Qaydalar) IBA Regional Hackathonunda iştirak normalarını müəyyən edir.
Tədbirdə hər hansı şəkildə iştirak, Qaydaların qeyd-şərtsiz qəbulu deməkdir.
1.1. IBA Regional Hackathonu, iki günlük tədbir zamanı fərqli bacarıqlara malik proqramçıları, sahibkarları, həvəskarları eyni bir layihə üzərində çalışmağa toplayan innovativ çağırışdır.
1.2. IBA Regional Hackathonunun məqsəd və vəzifələri:
1.3. IBA Regional Hackathonunun təşkilatçısı
Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycanın sistem əhəmiyyətli universal bankıdır. Bank müştərilərə geniş çeşidli məhsul və xidmətlərin təqdim olunması üçün ən qabaqcıl texnologiyalardan faydalanır. Təşkilatçının ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 67
2.1. Qeydiyyat prosesi
2.1.1. İştirak etmək istəyən hər bir şəxs IBA Regional Hackathonunun saytında (ibahackathon.com) onlayn qeydiyyatdan keçməli və elektron poçtuna göndərilən qeydiyyat formasını doldurmalıdır. Qeydiyyat üçün son tarix 25 fevral 2020-ci il, Bakı vaxtı ilə saat 24.00-a qədərdir.
2.1.2. Qeydiyyat zamanı bu məlumatlar göstərilməlidir: soyad, ad, telefon nömrəsi, email, ixtisas, iş təcrübəsi, onlayn profil və hakatonun məqsədləri üçün digər fərdi məlumatlar. Qeydiyyat formasındakı bütün tələb olunan sahələr ərizəçi tərəfindən müvafiq məlumatlarla doldurulmadıqda təşkilatçı ərizə formasını tamamlanmış saymayacaqdır.
2.1.3. Hər bir namizəd qeydiyyat formasında tələb edilən məlumatları tam və aydın şəkildə göstərdiyinə əmin olmalıdır. Hər hansı yanlış, qeyri-dəqiq, yarımçıq məlumat namizədin hakatondan kənarda qalması ilə nəticələnəcək.
2.1.4. Qeydiyyat formasını göndərdikdən sonrakı 2 gün müddətində namizəd təşkilatçıdan təsdiq, yaxud imtina cavabı alacaq.
2.1.5. İştirakı təsdiqlənmiş bütün namizədlər hakatonun informasiyalarına, fayllarına, materiallarına və təşkilatçı tərəfindən əvvəlcədən, yaxud hakaton ərzində təmin olunan bütün digər kontentlərə çıxış imkanı əldə edəcəklər. Hakatonda iştirakı gözlənilən bütün iştirakçılar, yaxud onların bir qismi üçün təşkilatçının treyninq (onlayn və ya offlayn) keçirməsi istisna deyil.
2.2. IBA Regional Hackathonunun müddəti
2.2.1. 1-ci gün / 29 fevral, 2020, şənbə – rəsmi açılış, ideyaların təqdimatı, 1 №-li mentor sessiyası, 1 №-li yoxlama, layihələrin işlənməsi
2.2.2. 2-ci gün / 01 Mart 2020, bazar – 2 №-li mentor sessiyası, 2 №-li yoxlama, layihənin ilkin təqdimatı, qaliblərin elan olunması
2.2.3. Təşkilatçı hakaton zamanı müəyyən edilmiş müddətləri dəyişmək, onlara yenidən baxmaq, habelə səbəbini iştirakçılara izah etmədən tədbiri istənilən zaman təxirə salmaq hüququna malikdir.
3.1. Hakatonda iştirak ödənişsizdir.
3.2. Kimlər iştirak edə bilər:
(I) 18 yaşı tamam olmuş, fəaliyyət qabiliyyətinə malik şəxslər;
(II) texniki, dizayn, sahibkarlıq, yaxud menecer qabiliyyətlərinə malik şəxslər;
(III) Hakaton müddətində istifadə üçün öz kompüterləri olan şəxslər.
3.3. İştirakçılar, hakaton zamanı Təşkilatçılara təqdim olunan proqram və ya kontentlərə uyğunsuz materialların daxil edilməyəcəyinə əvvəlcədən razılıq verirlər.
3.4. İştirakçının profili hakatonun standartlarına uyğun gəlmədiyi təqdirdə müraciəti istənilən zaman rədd etmək hüququnu təşkilatçı özündə saxlayır.
3.5. Hakatonda komanda halında çıxış etmək istəyən hər bir iştirakçı ərizə formasında komandanın adını da göstərməlidir. Təşkilatçı bu şəkildə müraciət edənləri eyni komandada saxlamaq, yaxud komandaların strukturunu tam və ya qismən dəyişmək hüququna malikdir. Komandaların son tərkibi hakatondan əvvəl, yaxud hakaton gedişində iştirakçılara elan olunacaq.
4.1. Hakatonun yeri – Bakı Expo Mərkəzi, Heydər Əliyev prospekti – 515, AZ1050
4.2. Hakaton aşağıda təsvir edilən bir neçə mərhələ üzrə keçiriləcək:
1-ci mərhələ: Formalaşma mərhələsi. İştirakçılar komandalar formalaşdıracaq, mentorlarla birgə öz layihələri üzərində çalışmağa başlayacaqlar.
2-ci mərhələ: Yarımfinal. Finala keçən komandalar müəyyənləşəcək.
3-cü mərhələ: Final. Finala çıxmış komandalar öz layihələrini münsiflər qarşısında təqdim edəcəklər.
4.3. 1-ci mərhələ: Formalaşma mərhələsi
4.3.1. İştirakçılar bu mərhələdə iştirak üçün fərdi qaydada qeydiyyatdan keçməlidirlər. Hakatonda öz dostları və yaxud digər komanda yoldaşları ilə iştirak etmək istəyənlər qeydiyyat formasında komandanın adını da göstərməlidirlər. Təşkilatçı komandaları qeydiyyat formalarında göstərildiyi kimi saxlamaq, yaxud heç bir səbəb göstərmədən dəyişdirmək hüququna malikdir.
Hər komanda eyni layihəyə yönəlmiş 2-5 üzvdən ibarət olmaqla formalaşdırılacaq. Hər iştirakçı birdən artıq komandaya üzv ola bilməz.
4.3.2. Komandalara ideyalar üzərində düşünmək və layihələrinin prototipini yaratmaq üçün vaxt verilir.
4.4. 2-ci mərhələ: Yarımfinal
4.4.1 Mentorların rəylərinə əsasən, seçilmiş komandalar Hakatonun növbəti mərhələsinə keçir.
4.5. 3-cü mərhələ: Final
4.5.1. Seçilmiş layihələrin münsiflərə təqdim edilməsi üçün daha da təkmilləşdirilərək finala hazırlanmasına imkan veriləcək.
4.5.2. Seçilmiş layihələrin aid olduğu komandalar öz layihələrinin prototiplərini münsiflərə təqdim edəcəklər. Prototiplərin təqdimatından sonra münsiflər layihələri qiymətləndirərək səs verəcəklər. Qiymətləndirmənin forma, metod və qaydaları təşkilatçı tərəfindən hakatondan əvvəl, yaxud hakaton zamanı açıqlanacaq.
4.5.3. Münsiflər IBA Regional Hackathonunun qaliblərini müəyyənləşdirərək elan edəcəklər.
4.5.4. Münsiflərin qərarları qətidir və dəyişdirilə bilməz.
5.1. Hakaton qaliblərinin mükafatları müvafiq qayda və prosedurlara uyğun şəkildə onlara təqdim olunacaq.
5.2. Mükafat üçüncü tərəfə keçə bilməz.
5.3. Qalibə mükafatın digər qiymətlilərlə əvəz olunmasını tələb etmək hüququ verilmir.
5.4. Hakaton qaliblərinin mükafatları:
1-ci yerin qalibi olan komanda: 10 000 AZN
2-ci yerin qalibi olan komanda: 5 000 AZN
3-cü yerin qalibi olan komanda: 3 000 AZN
5.5. Hakaton qalibləri, eləcə də onların yaratdıqları məhsullar /xidmətlər/tətbiqlər haqqında məlumatlar IBA Regional Hackathonunun veb səhifəsində və başqa media portallarında elan ediləcək.
Hakaton zamanı bütün iştirakçılar etik normalara əməl etməlidirlər. Xüsusilə bu normalara riayət olunmalıdır:
7.1. “Hackathon” dövründə hazırlanmış prototiplərə istifadə və mülkiyyət hüquqları İştirakçılara və ABB-yə məxsusdur. İştirakçılar “Hackathon”dan sonrakı iki il ərzində öz layihələrini ABB-dən başqa hər hansı üçüncü tərəfə təklif etdiyi təqdirdə, üçüncü tərəflə münasibətlərinin davam etdirilməsindən əvvəl ABB-nin müvafiq razılığını və təsdiqini almalıdırlar. ABB “Hackathon” dövründə yaradılan, təklif olunan, inkişaf etdirilən ideya, layihə və ya prototipləri istifadə etmək, inkişaf etdirmək, yenidən işləmək, düzəliş etmək, dövriyyəyə buraxmaq, tam və ya qismən satmaq hüququna malikdir. Buna görə ABB, İştirakçılar və ya həmin ideyaya, layihəyə və ya prototipə mülkiyyət hüququnun məxsus olması tələbi ilə çıxış edən digər şəxslər tərəfindən məsuliyyətə cəlb edilə və ya buna görə müvafiq ödənişin edilməsini ABB-dən tələb edə bilməz.
7.2. İştirakçılar IBA Regional Hackathonundan sonrakı iki il ərzində öz layihələrini Azərbaycan Beynəlxalq Bankından başqa digər bir tərəfə təqdim etdikdə, üçüncü tərəflə onun icrasına başlamazdan əvvəl buna Bankın rəsmi razılığı alınmalıdır.
7.3. Hakaton zamanı iştirakçılar yalnız hüquqi baxımdan aydın elementlərdən istifadə etməlidirlər. Prototiplərə daxil edilmiş hər hansı üçüncü tərəf elementləri, açıq mənbələrdən əldə olunmuş proqramlar, öz versiyalarına dair tətbiq edilən lisenziyaların qayda və şərtlərinə uyğun olmalıdır.
7.4. Prototiplər əqli mülkiyyət və şəkil hüququnu pozmamalıdır.
8.1. Hakaton iştirakçısı təşkilatçıya qeydiyyat zamanı və ya sonradan təqdim olunmuş fərdi məlumatlardan istifadə üçün icazə verir.
8.2. Təşkilatçı tərəfindən iştirakçıya aid fərdi məlumatların toplanması və işlənməsi, ilk növbədə, hakatonun düzgün şəkildə keçirilməsi, qaliblərlə asan əlaqə saxlanması, mükafatların şəffaf və səmərəli qaydada verilməsi, ehtiyac yarandıqda, qaliblərin siyahısının yayılması məqsədi daşıyır.
9.1. IBA Regional Hackathonu ilə bağlı yaranan bütün mübahisələr, təşkilatçı və iştirakçı arasındakı bütün anlaşılmazlıqlar Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində həll ediləcək.
10.1. Hakatonda iştirak üçün qeydiyyatdan keçməklə iştirakçı bu şərtləri qəbul edərək onlara əməl etməyə razılıq verir. Şərtlərə əməl olunmaması iştirakçının hakatondan kənarlaşdırılmasına səbəb olacaq.
10.2. Təşkilatçı mövcud qanunvericiliyə uyğun olaraq bu şərtlərdə hər hansı dəyişikliklər aparmaq hüququna malikdir.
10.3. Bu şərtlər, habelə ona edilmiş düzəlişlər IBA Regional Hackathonunun saytında yerləşdirildikdən sonra qüvvəyə minir.
10.4. Hakaton zamanı baş verə biləcək və bu şərtlərdə nəzərdə tutulmamış digər mümkün hallara, təşkilatçının digər qüvvədə olan sənədlərinə uyğun şəkildə, məqsədəuyğunluq və ədalət prinsipləri gözlənilməklə hakaton müddətində baxılaraq müvafiq qərarlar qəbul ediləcək.
10.5. Təbii fəlakətlər, yanğın, daşqın, hərbi əməliyyatlar və digər fövqəladə hadisələr, qanunvericilikdə baş verən əhəmiyyətli dəyişikliklər səbəbindən yaranan maneələrə görə təşkilatçı cavabdehlik daşımır.
10.6. Bu Qaydaların hər hansı müddəası etibarsız sayıldıqda, digər bütün müddəalar qüvvəsində qalacaq.
IBA Regional Hackathonunun rəsmi səhifəsi: https://ibahackathon.com
E-mail:
Telefon nömrəsi: +994 (12) 937